
Qazilər dərmansız qalıb
02:56 25.06.2025
Gündəm
442
Sakitləşdirici dərmanlar 2 aydır verilmir
Əlillərə dərman əvəzinə söz verilir – gözləmə iyula qədər uzandı
İki aydır qazilər və əlilliyi olan şəxslər onlar üçün nəzərdə tutulan və pulsuz verilən dərman preparatlarını ala bilmirlər. Bununla bağlı bakupost.az-da məlumat yer alıb. Bildirilir ki, dərman çatışmazlığı qazilər arasında narahatlıq yaradıb.
Bu preparatlar arasında ən çox "Finlepsal" və "Escita" (escitalopram) yer alır. Hər iki dərman psixi-emosional stabillik, depressiya, panik atak, epileptik tutmalar və digər nevroloji pozuntuların aradan qaldırılması üçün vacib sayılır. Bir qrup qazi mövzu ilə bağlı Bakupost.az-a müraciət edərək bildirib ki, reseptlərini əldə etsələr də, aylarla həmin dərmanları ala bilmirlər. Tibb müəssisələrindən isə onlara “depoda dərman yoxdur” cavabı verilir. Bu vəziyyət qazilərin müalicəsində fasilə yaranmasına səbəb olur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost.az-a bildirdilər ki, əhalinin, o cümlədən hərbi əməliyyatlarla bağlı əlilliyi müəyyən edilmiş şəxslərin ambulator şəraitdə dərman preparatları ilə təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən həyata keçirilir: "Sözügedən qaydalara əsasən, vətəndaşların dərman təminatı onların qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalar və ya ambulator tibb müəssisələri tərəfindən təşkil edilir. Digər əhali qruplarının imtiyazlı qaydada dərman preparatları ilə təmin olunması məsələsi isə hazırda müvafiq qurumlar tərəfindən araşdırılır".
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan Bakupost.az-a verilən açıqlamada bildirilir ki, dərmanlar sənədləşmə işləri bitəndən sonra təmin ediləcək: “Əlilliyi təyin edilən imtiyazlı şəxslərin dərmanla təmin edilməsi ilə bağlı mütəmadi olaraq zəruri addımlar atılır. Tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”.
Lakin məsələ burasındadır ki, bu dərmanlardan birinin gündəlik qəbulu ləngidikdə və ya tamamilə dayandıqda, bəzi insanlarda aqressiv davranışlar, yuxusuzluq, nevroloji tutmalar, posttravmatik stressin dərinləşməsi kimi simptomlar müşahidə oluna bilər. Xüsusilə müharibə travması yaşamış qazilər üçün bu dərmanların fasiləsiz qəbulu yalnız müalicə deyil, eyni zamanda sabit həyat üçün əhəmiyyətlidir.
Hazırkı vəziyyətdə 2 aydan çoxdur uzanan sənədləşmənin qazilər və onların ailələri üçün yarada biləcəyi problemi təsəvvür etmək elə də çətin deyil. Bunun məsuliyyəti isə sənədləşmə işini vaxtında yerinə yetirə bilməyən TƏBİB-in üzərinə düşür.

Qaraabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında son 1-2 ay ərzində bu problemlə üzləşdiklərini bildirdi:
- Bizə də qazilər, müharibə əlilləri müraciət edirlər ki, dərmanları ala bilmirlər. 1-2 aydır bu problem yaşanır. Müharibə əlillərinə təyin olunan “Fanazepam”, “Diazepam” kimi dərman preparatları əsəb sakitləşdiricidirlər. Məlumdur ki, müharibə əlilləri psixi-nevroz vəziyyətdən əziyyət çəkənlərdir. Bu insanlar travma almış, mina, hərbi sursat partlayışı nəticəsində bədənlərində müxtəlif yaralar, xəsarətlər, qəlpələr gəzdirirlər. Əlbəttə, həssasdırlar, ruhi sakitliyə ehtiyacları var. Bu dərmanlar təyin edilibsə, reseptə yazılıbsa, deməli, onları qəbul etmək zəruridir. Dərman olmayanda, qazilərin sağlamlığında, ruhi vəziyyətlərində problem yaranır.
A.Əliyev qeyd etdi ki, şəxsən problemlə maraqlanmaq məqsədilə yerli poliklinika şöbəsinə müraciət edib:
- Özüm poliklinikaya getdim, maraqlandım, niyə dərmanlar verilmir, 2 aydır bu vəziyyət davam edir. Bldirildi ki, iyul ayından etibarən dərmanların verilməsinə başlanacaq. Dərmanların alınmasına bir müddət problem olub. Amma gələn aydan dərmanlar mütəmadi veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm