Rəsulzadənin ailəsi Prezidentə təşəkkür etdi
Yusif Nəzərli
08:19 31.12.2023
Gündəm
475
Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması ilə əlaqədar Rəsulzadənin nəvəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı Rais Rəsulzadə və Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri, tarix elmləri doktoru professor Nəsiman Yaqublu Prezident İlham Əliyevə təşəkkür ediblər.
Mətndə deyilir:
“Hörmətli Cənab Prezident!
Sizin Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibəti ilə verdiyiniz sərəncam bizi çox məmnun etdi. Bu sərəncam Sizin Azərbaycan tarixinə və bu tarixdə önəmli rol oynamış şəxsiyyətlərimizə diqqətli yanaşmanızın göstəricisidir.
Bu sərəncamınız Dünya Azərbaycanlılarının Həmrəylik Gününə böyük bir töhfədir. Bu həm də torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə Azərbaycanda yeni dəyərlərin üstünlük təşkil edəcəyinə Sizin bir mesajınızdır.
M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi həm də güneyli-quzeyli Azərbaycanın tarixinə sayğılı yanaşmanın göstəricisidir. M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin əsas qurucusu olmaqla yanaşı, həm də Güneydə aparılan azadlıq mücadiləsinin yaxından iştirakçısı olmuşdur. Bu sərəncamdan çıxış edərək onun zəngin ictimai, siyasi, bədii irsinin toplanılıb nəşr edilməsi ilə bütövlükdə tariximiz də zənginləşəcəkdir.
Siz bu mövqeyinizlə əslində Azərbaycanda müxtəlif baxışlara malik insanları da vətənimiz, dövlətimiz naminə bir araya gətirirsiniz və insanlarımızda M.Ə.Rəsulzadənin bütün fəaliyyəti müddətində yürütdüyü “Hər şey vətən üçün, hər şey dövlət üçün!” məramına əsaslanan Azərbaycan xalqının azadlıq mücadiləsini və dövlətçilik dəyərlərini daha da gücləndirirsiniz.
Cənab Prezident, Sizə dərin təşəkkürlərimizi bildiririk!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya