"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - Boran Əzizli
Yusif Nəzərli
11:07 28.06.2025
Gündəm
597
Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edərək əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçiriblər. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir. Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantları narkotik, törətmədikləri cinayətlər, ailə ezvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar da bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir.
Tarixçi-alim Boran Əzizli "Sherg.az"a açıqlamasında deyib ki, dünən axşam Rusiyanın Yekaterinburq şəhərindən aldığımız acı xəbər hər birimizi son dərəcə sarsıtdı.
Amansızlıqla qətlə yetirilən həmvətənlərimizin yaxını olan alim vurğulayıb ki, iki qardaş və bir əmioğlu vəhşicəsinə rus OMON-çular tərəfindən ailələrinin gözü qarşısında qətlə yetirilib:
"Əvvəla, öldürülən azərbaycanlıların hansısa cinayətdə əli var idisə, bundan şübhələnirdilərsə, onları həbs edərək istintaq aparmaq mümkün idi. Bunu sivil qaydada həyata keçirmək olardı. Amma onların işgəncə verilərək qəsdən, qərəzli şəkildə öldürülməsi, ailə üzvlərinin döyülməsi görülməmiş cinayətdir. Biz belə hadisələri filmlərdə, faşistlərin hərəkətlərində görürdük. Bu insanlar Rusiyaya öz keflərindən getməmişdilər. 1992-1993-cü illərdə torpaqlarımız məhz elə rusların köməyi ilə işğal olunduqdan sonra onlar doğulub boya-başa çatdıqları yurdlarından didərgin düşmüşdülər. Rusiyaya gedərək orada çalışıb, özlərinə gün-güzəran qurmağa nail olmuşdular. Qardaşlardan biri Tibb Universitetini qurtarmışdı, digəri müəllim idi. O da son dərəcə vəhşicəsinə döyülərək ağır vəziyyətə salınıb. Bu, xalqımızın övladlarına qarşı görünməmiş vəhşilikdir".
B.Əzizli qeyd edib ki, bu hadisə Rusiyada yaşayan azərbaycanlılara qarşı nə birinci, nə də sonuncu hadisədir:
"Hiss olunur ki, baş verənlər artıq sistem xarakterlidir. Bu, bizi çox hiddətləndirir. Cinayəti törədənlərin cəzalandırılmasını tələb edirik. Çox ağır faciədir, ağır dərddir. Azərbaycan Xarici İşlər Nazirliyinin dərhal reaksiya verməsi, həmyerlilərimizə sahib çıxması çox təqdirəlayiq işdir. XİN-in bu məsələdə operativliyinə görə, onlara öz minnətdarlığımı bildirirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region