
Rusiyanın təxribat planları ifşa olunur
Yusif Nəzərli
03:18 01.07.2025
Gündəm
403
FTX əməkdaşlarının saxlanılmasında Bakının Moskvaya geri çəkilməyəcəyi mesajı da yer alır
"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilib. DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.
Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib. Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Lakin "Sputnik Azərbaycan" redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, "Sputnik Azərbaycan"ın redaksiyasında aparılan əməliyyatda iki FTX əməkdaşının saxlanılması Bakı-Moskva xəttində gərginliyin fərqli fazaya - kəşfiyyat qarşıdurmasına keçməsi kimi qiymətləndirilə bilər. Ekspert vurğulayıb ki, bu qarşıdurmanın hansı səviyyəyə çatmasını proqnozlaşdırmaq çətindir:
"Çünki hər iki tərəfin belə bir mübarizəyə nə qədər hazır olması da bəlli deyil. Burada ən önəmli məqam saxlanılan FTX əməkdaşlarının missiyasının nə olduğu və nəyə hazırlaşmasıdır. Rusiya mediasının Bakı ofisində FTX əməkdaşının müxtəlif adlar altında işləməsi o qədər də təəccüblü deyil. Lakin onların saxlanılmasına təkcə iki ölkə arasındakı mövcud qarşıdurmanın nəticəsi kimi yox, həm də bu qarşıdurmada hazırlanan mümkün təxribatların qarşısının alınması kimi də baxmaq olar. İstisna deyil ki, Bakıda FTX əməkdaşlarının təxribat planları haqda məlumat olub".
A.Nərimanlı qeyd edib ki, Rusiyanın qarşıdurma vəziyyəti yarananda təxribat qruplarını hərəkətə gətirdiyi faktı təcrübə ilə təsdiqlənib:
"Ən kəskin dövrlərdən olan 2013-cü ildə Rusiya Azərbaycanın siyasi cameəsində təşkilatlanmanı təşkil etmək məqsədilə Bakıya “xüsusi missionerləri” göndərilmişdi. Əməkdaşlığa cəlb etmək istədikləri siyasi partiya liderlərindən biri təklifi “qəbul etdikdən” sonra müvafiq qurumlara bu haqda məlumat verməsi ilə plan ifşa olunur. Missioneri “iş başında” internet klublarının birində Moskvaya məlumatları göndərdiyi vaxt həbs edirlər. Eyni təxribat ssenarilərinin yenidən tətbiqi istisna edilməməlidir. İnformasiya müstəvisi də daxil olmaqla müxtəlif seqmentlərdə “ip ucları”nı tapmaq da mümkündür. FTX əməkdaşlarının saxlanılmasında Bakının Moskvaya geri çəkilməyəcəyi mesajı da yer alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm