Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyi haqqında Əsasnamənin rəhbərliklə bağlı müvafiq bəndində dəyişiklik edilib.
Yeni tənzimləməyə görə, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.