Şuşa əməliyyatı dünyanın diqqətində: “Unikal müharibə üsulu...”
Fidan Həmişəyeva
10:15 24.11.2020
Gündəm
1754
“Əsgər və zabitlərimizin döyüşü ilə bağlı dərin təhlillər aparılacaq”
“Çünki Şuşaya qədərki döyüşlər Azərbaycanın müasir silahları ilə bağlı idisə, ordumuz Şuşada qəhrəmanlıq göstərərək qalib gəldi”
“OrdumuzunŞuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq”
Xəbər verdiyimi kimi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunan Ağdam şəhərinə səfər edib. Səfər zamanı Ağdam məscidinin qarşısında çıxış edən Prezident Şuşanın azad olunmasına da toxunub. Ali Baş Komandan qeyd edib:
“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Biz ordumuzun döyüş potensialını hər zaman gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.
Ölkə başçısının fikirlərini yüksək qiymətləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, vətən müharibəsində qazandığımız qələbə Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq. Onun sözlərinə görə, bundan sonra da gələcək nəsillərimiz əsrlər boyu Ali Baş Komandanın rolunu, ordumuzun şücaətini danışacaqlar. Polkovnik vurğulayıb ki, xalqımız vətən müharibəsində böyük zəfər çaldı:
“Bu qələbə ölkəmizin gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Bəlkə də, qələbənin əhəmiyyətini hələ tam şəkildə dərk edə bilmirik. İllər keçdikdə bunun fərqinə varacağıq. Ordumuzun bütün istiqamətlərdə apardığı əməliyyatlar digər ölkələrin də diqqətini cəlb etdi. Azərbaycan Ordusu qısa zamanda düşmənin müdafiə mifini qıraraq, irəliləməyə nail oldu. Cənab Prezident hərbi əməliyyatlara beynəlxalq səviyyədə ola biləcək müdaxilə və maneələri aradan qaldırmaq üçün siyasi iradə göstərdi, bu riskləri minimuma endirməyə nail oldu. Ordumuzun 21-ci əsrin tələblərinə uyğun olan yeni müharibə üsulu seçdi”.
Ş.Ramaldanovun sözlərinə görə, alınmaz qala sayılan Şuşanın azad olunması ordumuzun məharətini bir daha göstərdi:
“Şuşa uğrundakı hərbi əməliyyatlar kifayət qədər unikal idi. Şuşaya qədərki döyüşlər Azərbaycanın müasir silahları ilə bağlı idisə, ordumuz Şuşada qəhrəmanlıq göstərərək qalib gəldi. Əsgər və zabitlərimizin döyüşü ilə bağlı dərin təhlillər aparılacaq. Cənab Prezident də Şuşa uğrundakı döyüşlərə xüsusi diqqət çəkdi. Çünki peşəkar döyüşçülərimiz silahdan istifadə etməyərək, məhz öz əlləri ilə canları bahasına Şuşanı azad etdi”.
Polkovnik söyləyib ki, Şuşanı əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıq və peşəkarlığı nəticəsində azad etdik:
“Yalnız qəhrəmanlıqla qələbə qazanmaq olmur. Məhz ordumuzdakı döyüş hazırlığı, kadrların bilik və bacarıq potensialı üstünlüyümüz idi. Fikrimcə, Şuşa ilə bağlı hələ çox tədqiqatlar aparılacaq. Əlbəyaxa döyüşlər, yaşayış məntəqlərinin düşməndən təmizlənməsi, sıldırım qayalardan keçərək, Şuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq. Ordumuzun bu möhtəşəm qələbədən sonra keyfiyyət baxımından daha da inkişaf edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda “Bəsic”in qadın komandiri öldürüldü
18:41 14.10.2026
Region
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm