TANAP-la Avropa və Türkiyəyə 24 mlrd. kubmetrədək qaz ötürülüb
07:37 23.02.2022
Gündəm
646
Trans-Anadolu qaz kəməri (TANAP) layihənin icrası zamanı yaratdığı yeni iş və məşğulluq imkanları ilə Türkiyə iqtisadiyyatına mühüm töhfələr verib.
"APA-Economics"in məlumatına görə, bunu onlayn mətbuat konfransı zamanı TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində boru kəməri marşrutunun keçdiyi 20 şəhərdə investisiya dövründə təxminən 13 min nəfərin birbaşa və dolayı məşğulluq imkanları təmin edilib. Bundan əlavə, marşrut üzərində olan şəhər və rayonlarda bir çox sənaye və ticarət müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq müəssisələri üçün yeni iş həcmi yaradılıb, həyata keçirilən sosial və ekoloji investisiya proqramları vasitəsilə yerli əhaliyə davamlı iqtisadi, sosial, ekoloji və mədəni faydalar təmin edilib. Bu çərçivədə 20 şəhər, 67 rayon və 600 kənddə dəqiqliklə müəyyən edilmiş 1 000-dən çox layihəyə maliyyə dəstəyi verilib.
Qeyd olunub ki, TANAP vasitəsilə kəmər işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 mlrd. kubmetrə çatıb. Hesabat dövrümdə TANAP-la Avropaya verilən qazın həcmi 9 mlrd. kubmetrə çatıb.
Düzyol onu da qeyd edib ki, 2022-ci ilin yanvarından Avropaya qazın ötürülməsi tam gücü ilə həyata keçirilir (ildə 10,5 mlrd. kubmetr – red.).
"Mütərəqqi texniki avadanlıqlara malik, keçdiyi marşrutda sosial-iqtisadi və mədəni sahələr də daxil olmaqla, hər bir sahədə dəyər yaradan, ən əsası isə iki qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında qırılmaz əlaqələrin rəmzi sayılan TANAP-la Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa bazarlara çıxır. Enerji sektorunda yeni imkanlar ortaya qoyan layihəmizlə ölkələrimizin bir çox sahədə inkişafına töhfə veririk. "Şahdəniz-2" yatağından səyahətə başlayan təbii qaz koronavirus pandemiyasının yaratdığı şəraitdən təsirlənmədən 100% səmərəliliklə nəqlini davam etdirir. Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun (1 850 km – red.) və ən böyük diametrli (56" – red.) qaz boru kəməri olan TANAP-ın ilk gündən başlayaraq gələcəyə qədər uzanan uğurlarını izləməkdən qürur duyuruq", - S. Düzyol qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm