Tramp qərarının yolu açıldı: ABŞ vətəndaşlığı çətinləşir
Yusif Nəzərli
07:08 28.06.2025
Gündəm
377
ABŞ Ali Məhkəməsi Prezident Tramp üçün əhəmiyyətli bir qərar qəbul edib.
Sherg.az xəbər verir ki, məhkəmənin 9 üzvündən 6-sı, doğum yolu ilə vətəndaşlıq hüququnu məhdudlaşdırmağı nəzərdə tutan prezident sərəncamına qarşı yerli məhkəmələrin ölkə miqyasında icraatı dayandırma qərarı verə bilməyəcəyinə qərar verib.
Ali Məhkəmə Trampın doğumla vətəndaşlıq hüququnu ləğv etməyi hədəfləyən icra sərəncamının qanuniliyinə birbaşa qərar verməyib. Lakin azlıqda qalan üç liberal hakim Trampın sərəncamının açıq şəkildə qanuna zidd olduğunu bildirib.
Ali Məhkəmənin qərarı Trampın ikinci prezidentlik müddətinin ilk günündə imzaladığı və qısa müddətli vizalarla və ya qanuni statusu olmayan əcnəbilərin ABŞ-da doğulan uşaqlarına vətəndaşlıq verilməsini məhdudlaşdıran icra sərəncamına dair üç ayrı məhkəmə işini əhatə edir.
Məhkəmənin bu qərarının həm qısa, həm də uzunmüddətli təsirlərinin geniş olacağı gözlənilir. Xüsusilə Trampın ikinci prezidentlik müddətində Ağ Ev siyasətlərinə qarşı açılan 300-dən çox federal məhkəmə işinin gedişatında bu qərar həlledici rol oynaya bilər.
Həmin icra sərəncamı, qısa müddətli vizalarla və ya qanuni statusu olmayan şəxslərin ABŞ-da doğulan uşaqlarına avtomatik vətəndaşlıq verilməsinin qarşısını almağı hədəfləyir.
Tramp, Ağ Evdə keçirdiyi mətbuat konfransında bu qərarı “böyük bir qələbə” kimi qiymətləndirərək, Ali Məhkəmə üzvlərinə və Ədliyyə Nazirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.
Doğumla vətəndaşlıq hüququnun hazırkı dövrə aid olmadığını deyən Tramp, bu məsələnin “kölələrin uşaqları ilə bağlı” olduğunu, lakin immiqrasiya prosesi ilə bağlı “fırıldaqçılığa” çevrildiyini vurğulayıb.
ABŞ Prezidenti həmçinin bildirib ki, Ali Məhkəmənin qərarı sayəsində ölkə üzrə “haqsız yerə qadağan olunmuş bir çox siyasəti” yenidən həyata keçirməyə davam edə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya