Əgər tezliklə sülh sazişi imzalanmasa, İran üçün çox çətin günlər gələcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransanın BFMTV televiziya kanalına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü Tramp administrasiyasından yeni mesajlar aldıqlarını, lakin Vaşinqtona qarşı inamsız olduqlarını deyib.