Trampdan sürpriz viza açıqlaması: Xarici işçilər üçün yaşıl işıq!
09:53 29.12.2024
Gündəm
405
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bacarıqlı mühacirlərin ABŞ-də işləməsinə icazə verən H1-B vizasını dəstəklədiyini açıq şəkildə ifadə edib.
Sherg.az xəbər verir ki, “New York Post”a danışan Tramp, Space X-in sahibi İlon Maskın H1-B viza statusunun zəruriliyini müdafiə edən açıqlamalarından sonra ABŞ şirkətlərinə xarici ekspert işçiləri işə götürməyə imkan verən H1-B viza proqramını dəstəklədiyini açıqlayıb.
"Mənim mülklərimdə çoxlu H-1B vizası var. Mən H-1B-yə inanıram. Mən bunu dəfələrlə sınamışam. Bu, əla proqramdır", - Tramp deyib.
İlk prezidentlik dövründə xarici işçi vizalarına məhdudiyyətlər qoyan və proqramı tənqid edən Tramp son açıqlaması ilə Respublikaçı bazanı parçalayan bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub.
Tramp daha əvvəl ABŞ-də ali təhsil alan tələbələrə Yaşıl Kart vəd etmişdi.
Seçki prosesində yüz milyonlarla dollar xərcləyərək Donald Trampa dəstək verən iş adamı Elon Mask ilə Respublikaçılar Partiyasının digər liderləri arasında ABŞ-də ixtisaslı mühacirlərə H1-B vizalarının verilməsi məsələsində fikir ayrılığı son vaxtlar daha çox özünü büruzə verir.
Elon Musk bu həftə X-də verdiyi açıqlamalarda ABŞ-də texnologiya şirkətlərində təcrübə tələb edən vəzifələrdəki boşluqların “yerli istedadlarla” doldurula bilməyəcəyini bildirib.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya