
Trampın BRİCS-lə bağlı bəyanatı siyasi mesajdan başqa bir şey deyil - ANALİZ
13:11 07.07.2025
Gündəm
418
Azərbaycanın BRİCS-ə üzvlüyü hələ real mərhələyə keçməyib, bu sadəcə diplomatik səviyyədə müzakirə edilən bir məsələdir
ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb ki, BRICS-in Vaşinqtona qarşı siyasətini dəstəkləyən istənilən ölkə 10 faizlik tarifə məruz qalacaq. Onun sözlərinə görə, heç kim istisna edilməyəcək. Tramp əlavə edib ki, iyulun 7-dən başlayaraq ABŞ tariflərin qoyulacağı ölkələrə əvvəlcədən məlumat verəcək.
Qeyd edək ki, hazırda BRICS təşkilatının rəsmi üzvləri - Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyadır. Təşkilatla tərəfdaşlıq edən digər ölkələr isə Belarus, Özbəkistan, Kuba, Boliviya, Vyetnam, Qazaxıstan, Malayziya, Nigeriya, Tayland və Uqandadır. Bir çox ölkələr də qurumla bu və ya digər formada əməkdaşlıq edirlər ki, onlar arasında Azərbaycan da var. Qeyd edək ki, ötən gün Braziliyada BRICS sammiti keçirilib. Rio-de-Janeyro şəhərində keçirilən sammitin açılış mərasimində çıxış edən Braziliya prezidenti Lula Da Silva Ukraynada bütün tərəfləri atəşkəsin və sülhün əldə olunması naminə birbaşa dialoqu dərinləşdirməyə çağırıb. Sammitə videokonfrans formatında qatılan Rusiya rəhbəri Vladimir Putin çıxışında BRICS ölkələrinin ümumdaxili məhsulunun G7 ölkələri ilə müqayisədə daha çox olmasına diqqət çəkib, bu ölkələr arasında Milli valyutada ticarətin artdığını qeyd edib. Rusiya prezidenti ədalətli dünyanın “qızıl milyarda” xidmət edən birqütblü sistemi dəyişdiyini, liberal qloballaşmanın artıq “faydalı” olmadığını, BRICS isə inkişaf nümayiş etdirdiyini söyləyib.

Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın BRİCS-lə əməkdaşlığı balanslaşdırılmış xarici siyasətin tərkib hissəsidir:
"Ölkəmiz bu gün müxtəlif beynəlxalq platformalarda - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə tərəfdaşlıq və eyni zamanda Çin, Rusiya, Türkiyə, ABŞ kimi qlobal oyunçularla paralel münasibətləri inkişaf etdirir. BRİCS-lə əməkdaşlıq Azərbaycanın çoxşaxəli və çoxtərəfli xarici siyasət kursunun tərkib hissəsidir və hər hansı bir dövlətə qarşı yönəlməyib. Azərbaycanın BRİCS-ə üzvlüyü hələ real mərhələyə keçməyib, bu sadəcə diplomatik səviyyədə müzakirə edilən bir məsələdir. İstər BRİCS, istərsə də digər təşkilatlarla əməkdaşlıq Azərbaycanın milli maraqları çərçivəsində və beynəlxalq hüquq normalarına əsaslanaraq həyata keçirilir".
Analitik qeyd edib ki, Trampın bəyanatı qısa müddətli siyasi mesajdan başqa bir şey deyil:
"Azərbaycanla bağlı hər hansı addım atılacağı gözlənilmir. Azərbaycan, hər zaman olduğu kimi, milli maraqları əsas götürəcək və qütbləşmədən kənar, balanslı mövqeyini qoruyacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial
Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər
10:53 25.04.2026
Sağlamlıq