ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Riçard Qrenell Almaniya kansleri Fridrix Merzin sözlərinə etibar etməyin mümkün olmadığını bildirib.
APA xəbər verir ki, Qrenell bunu “X” sosial şəbəkəsində Merzin ABŞ Prezidenti Donald Trampa ünvanladığı tənqidi şərh edərkən yazıb.
“Merz amerikalıların Almaniya hökumətindən NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsini və bunun üçün ödəniş etməsini istəməsinə görə qəzəblidir. Aydındır ki, biz Mertsin sözlərinə etibar edə bilmərik. O, Berlində bir söz, Vaşinqtonda isə başqa söz deyir”, – Qrenell bildirib.
O, həmçinin Almaniya mediasının bir hissəsini Mertsin, onun fikrincə, ziddiyyətli mövqelərinə lazımi diqqət yetirməməkdə ittiham edib.
Qrenell 2018-2020-ci illərdə ABŞ-nin Almaniyadakı səfiri olub. O, 2020-ci ildə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsini müvəqqəti icra edib.