Türkiyə Azərbaycanla nəfəs alır ! - Akarın Bakı səfəri: “Hərbi məsələlər koordinasiya ediləcək”
Fidan Həmişəyeva
10:45 03.11.2020
Gündəm
890
Bu günlərdə Bakı Türkiyədən gələn xeyli sayda yüksək rütbəli qonağa ev sahibliyi edir. Ötən gün qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, növbəti dəfə ölkəmizə gəldi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, keçmiş baş nazir Binəli Yıldırım, millət vəkilləri və digər vəzifəli şəxslər də artıq Bakıdadırlar.
Müdafiə naziri Hulusi Akarın da Azərbaycana səfəri gözlənilir. Türkiyənin bütün dövlət və hökumət qurumları bir aydan atıqdır ki, saatlarını Bakı vaxtı ilə qururlar. Bu günlər bütün Türkiyə Azərbaycanla nəfəs alır. Şübhəsiz ki, qardaş ölkənin diqqəti və dəstəyi ölkəmiz üçün çox vacibdir. Bir neçə gün öncə İzmirdə baş verən dəhşətli zəlzələyə rəğmən Türkiyə rəsmiləri Azərbaycana üz tuturlar. Bütün bunlar bir daha sübut edir ki, belə həssas və vacib məqamda qardaş ölkə Azərbaycanın yanındadır.
Prosesləri “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Türkiyənin dəstəyi bizim üçün önəmlidir və bu dəstəyi hər zaman görmüşük. Ekspertin sözlərinə görə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycanın yanında olması və bunu açıq şəkildə bəyan etməsi çox əhəmiyyətlidir:
“Xarici işlər naziri Mövlud Çavuşoğlunun ilk səfərində məqsəd iki ölkə arasındakı koordinasiyanı həyata keçirmək, həm də beynəlxalq aləmdə birgə fəaliyyət idi. Yəni bir neçə ölkə, xüsusilə ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr haqq savaşımıza mane olmağa çalışırlar.
Lakin biz istər Türkiyə, istərsə də digər diplomatik kanallardan istifadə edərək mübarizəmizi davam edirik. Haqq yolunda irəli getməyimizdə isə qardaş ölkənin dəstəyi xüsusi rol oynadı. Müdafiə naziri Hulisi Akarın səfərində məqsəd Azərbaycanla hərbi məsələləri koordinasiya etməkdir”.
T.Rzayev qeyd edib ki, İzmir şəhərində baş tutan zəlzələ Azərbaycan cəmiyyətini də dərindən sarsıtdı:
“Özlərinin yardıma ehtiyacı olan bir zamanda Türkiyə rəsmilərinin ölkəmizə gəlməsi dostluq və qardaşlığımızın hansı səviyyədə olduğunu göstərir. Azərbaycan da eyni həssaslığı qardaş ölkəyə Türkiyəyə göstərməlidir və göstərir. Bu, hər birimizin vəzifə borcudur. Türkiyə rəsmilərinin İzmirdə olanlara baxmayaraq, Azərbaycana gəlməsi bir jestdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya