"«Yenilməz erməni ordusu» mifi darmadağın edildi”
Fidan Həmişəyeva
13:37 10.11.2020
Gündəm
658
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrildi”
“Tarix nə qədər keçmişdə qalırsa, o qədər də gələcəkdən gəlir”
Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahidi oldu. Bu gündən etibarən istər paytaxtımızda, istərsə də işğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu. Azərbaycan Misnk qrupu və BMT-nin həll etməli olduğu dağlıq Qarabağ münaqişəsini öz hərbi gücü ilə tənzimlədi. Bununla da həm ərazi bütövlüyümüzün, həm də beynəlxalq hüququn aliliyini təmin etdi.
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən bugünədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Prezidentimiz İlham Əliyevin təbirincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Amma bütün dünya gördü ki, Azərbaycan xalqının səbri tükənməz deyil.
Tarixi qələbəmizlə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, yalnız ordumuzun deyil, milli ruhumuzun da Ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanın gözləri qarşısında Azərbaycan xalqının yeni tarixi yaradılır:
“Bu yaradıcılıq missiyası belə bir fəlsəfi həqiqəti bir daha təsdiq edir: Tarix nə qədər keçmişdə qalırsa, o qədər də gələcəkdən gəlir. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü.
Bir sözlə, «yenilməz erməni ordusu» mifi darmadağın edildi. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrildi”.
Deputat qeyd edib ki, Azərbaycana qələbə sevincini yaşadan ölkə başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz iradəsi, ordumuzun yenilməz rəşadəti, birliyimiz, həmrəylimizdir:
“Ən əsası, şəhidlərimiz bu möhtəşəm qələbə tarixini öz qanları ilə yazdılar. İşğal altında olan torpaqlarımız, Qarabağın tacı olan Şuşa özünün tarixi sahibinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında şəhidlərimizin qanının yerdə qalmayacağını bildirirdi. Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların artıq ruhu şaddır.
Onların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm