Yol polisindən xəbərdarlıq: “Bu yollara çıxmayın”
14:25 09.02.2020
Gündəm
454
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb. BDYPİ-nin şöbə rəisi polkovnik Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Qazax yolunda hərəkət bərpa edilib və avtomobillərin hərəkəti normaldır:
“Bu yollarda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. Lakin Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının ərazisində güclü qar yağır. Hətta texnika yolu təmizləyib geri qayıdanda yenidən yolun qarla örtüldüyü halları müşahidə edilir. Bu baxımdan Baş Dövlət Yol Polis İdarəsi sürücülərə tövsiyə edir ki, qış təkərləri olmayan və texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə yola çıxmasınlar”.
K.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələri DYP-nin stasionar postlarında saxlanılır:
“Yol polisi nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə bu cür təhlükəli yollarda hərəkət etməyə icazə vermir. Avtomobili saz vəziyyətdə, təkərləri qaydasında olan sürücülər arasında da təcrübəsinə güvənməyən və ehtiyat edənlər olarsa, yol polisinin postlarında avtomobilini saxlayıb, yolda hərəkətin bərpa edilməsini gözləyə bilərlər. Yaxud bir az istirahət edib, geri qayıda bilərlər.
Ümumiyyətlə, təcrübəli sürücülərlə yanaşı, bəzən təcrübəsi az olan, qarlı havada, buzlu yollarda avtomobillə hərəkət etməyən insanlar olur. Onlar belə hava şəraitində həyəcan keçirir və avtomobili normal idarə edə bilmirlər. Bu şürücülərə tövsiyəmiz odur ki, belə havalarda yola çıxmasınlar. Yaxud, hər hansı problemlə üzləşəndə yol polisi postuna müraciət etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət