Yusif Nəzərli
09:04 07.05.2022
Hadisə
643
“Qarşıdan gələn iki nəfər bizə yaxınlaşdıqda körpəyə baxıb “aa, başı necə də qəribədir. Dar, uzun və incə... Eynən atasına oxşayır” dedilər”
Türkiyəli məşhur sənətçilər - Bərgüzar Korel və Halit Ergenc cütlüyü hazırda Londonda yaşayır. Bununla belə müəyyən işləri üçün zaman-zaman İstanbula gəlirlər. Bərgüzar Korel ilk övladı Əlini 2010-cu ildə dünyaya gətirib. 10 il sonra ikinci övladları Han, 1 il sonra isə qızları Leyla dünyaya gəldi. Bu günlərdə B.Korel 5 aylıq Leyla ilə dialoqunu sosial mediada paylaşıb.
“Keçəl qızımla dəliliklər” adını verdiyi söhbət minlərlə bəyənmə toplayıb. Bunun üzərinə aktrisa İstanbulda qarşılaşdığı xoşagəlməz olaydan söz açıb. “Qızımla küçədə dolaşırdıq. Qarşıdan gələn iki nəfər bizə yaxınlaşdıqda körpəyə baxıb “aa, başı necə də qəribədir. Dar, uzun və incə... Eynən atasına oxşayır” dedilər. Mən çaşıb qaldım. Necə yəni” deyə soruşdum. Onlar da “eynən atasına oxşayır, başı dar, uzunsovdur. Doğumda vakuumdan istifadə edilib, yəqin”, dedilər. Bu nəzakətsizliyin əvəzini verə bilmədim. Bir körpəyə bu sözləri demək üçün nə qədər nəzakətsiz, qaba bir insan olmalısan. Körpəyə söz atmaq kimsənin haqqı deyil. Qızımın doğumu çətin oldu. Amma vakuumdan istifadə edilmədi. Həkimim sağ olsun, körpənin də, mənim də sağlıqlı olmamı təmin etdi” deyən B.Korel daha sonra “qızım eynilə özümə oxşayır. Mənim miniatür modelimdir. Heç bir körpə haqqında söz söyləmək haqqı kimsəyə verilməyib. Görünür, bəzi insanlar səmimiyyəti düzgün anlamır, bundan öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar”, sözlərini də yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə