12 yaşlı qızını öldürməsi üçün qatil tutdu! - Ağlasığmaz səbəb

Rusiyanın Çelyabinsk bölgəsində yaşayan 46 yaşlı bir qadın, 12 yaşlı qızını öldürmək üçün pul ilə qatil tutub.
Sherg.az "Daily Mail"ə istinadən xəbər verir ki, Rusiyada yaşayan ana, qızının pis davranışlar göstərdiyini və daim mübahisə etdiklərini deyərək kirayə qatil axtarmağa başlayıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, qadın tanıdığı bir kişiyə, uşağını Çelyabinsk bölgəsindəki bir çayda boğması üçün 930 funt-sterlin təklif edib.
Lakin qadının tanışı olan 36 yaşlı Andrey vicdan əzabı çəkərək ananın planını qıza danışıb və onu qoruyacağına söz verərək uşağı anasından gizlədib. Daha sonra isə vəziyyəti polisə bildirib.
Qız isə anasından gizli şəkildə bir qapının arxasında duraraq onun dəhşətli öldürmə planını eşidib.
Polis, azyaşlı şəxsi öldürməyə cəhdə təşviq etmək maddəsi ilə 15 ilədək həbs cəzası ilə üzləşə biləcək ananı saxlayıb.
Qız, 17 və 6 yaşlı iki bacı-qardaşı ilə birlikdə dövlətin himayəsinə götürülüb. Saxlanılan qadının, həmçinin 18 yaşında bir yetkin qızı da var.