Analitik: Ukrayna ordusu Rusiyanın içərilərinə doğru irəliləyir
Analitik: Ukrayna ordusu Rusiyanın içərilərinə doğru irəliləyir
06:33 29.08.2024
Dünya
370
Yaxın həftələrdə müharibə cəbhəsində xeyli fərqli vəziyyət yaranacaq
Rusiya-Ukrayna cəbhəsində indiyə qədərki ən mürəkkəb və görünməmiş vəziyyət yaranmaqdadır. Ukrayna ordusu Kursk və Belqorodun yaşayış məntəqələrini ard-arda tutmaqdadır. Ukrayna komandanlığı artıq 1300 kilometr enində Rusiya ərazisinə nəzarət etdiklərini açıqlayıb. Bunu cavab olaraq Rusiya ordusu bütün həlledici zərbə gücünü Ukrayna ordusunun əsas təchizat qovşağı sayılan Donbasın Pokrovsk şəhəri üzərinə yönəldib. Aydın görünür ki, Rusiya ordusu Kurska daxil olmuş Ukrayna ordusunun arxa ilə əlaqəsini kəsərək onu mühasirəyə salmaq planı ilə işləyir.
Siyasi şərhçi Aydın Quliyevin “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya 1943-cü ildə Almaniya ordusu üzərində qələbə döyüşünün Kurskdan başlandığını yenidən təkrarlamağı hədəfləyib. Nail olacaq, olmayacaq, hadisələr göstərər. Ancaq 80 il əvvəlkindən fərqli bəzi nüansları nəzərə almamaq olmaz:
“Rusiya rəhbərliyi könüllü müharibəyə gedənlərə Krımda əvəzsiz torpaq veriləcəyini vəd etdi. Hücum müharibəsi aparan ölkə üçün razılaşaq ki, yaxşı göstərici deyil. Ukrayna öz istehsalı olan ilk ballistik raketlərdən istifadə edib. Ukraynanı bombalamağa qalxan Rusiya təyyarələrinə qarşı ABŞ F-16-larını döyüş vəziyyətinə qəbul edib. Zelenski Rusiya üzərində "Qələbə planı"nı artıq hazırladığını və onu Baydenə, Kamala Harrisə və Trampa təqdim edəcəyini bildirib. Zelenski onu da bildirib ki, ABŞ onun silahlarından istifadəyə icazə versə, Rusiya ərazisində vurulması planlaşdırılan bütün obyektlərin siyahısını ABŞ-yə təqdim edəcək. Lakin Amerika Rusiya ilə müharibə aparmadığını, yalnız Ukraynaya özünümüdafiə imkanı verdiyini bəyan edib. ABŞ-nin bu mövqeyi nə vaxtsa dəyişənə oxşayır, yəni ABŞ silahlarından uzaq hədəflərin vurulmasına icazə veriləcəyi mümkündür. ABŞ özü başda olmaqla 50-dən çox dövlətin daxil olduğu anti-Rusiya blokunun Ukraynaya dəstəyinin daha da güclənəcəyini bəyan edib.Onu da deyim ki, Rusiya hazırda əsas qüvvələri Pokrovska cəmləşdirdiyi üçün mövqeləri Kurskda nisbətən zəifləyib və bu, Ukrayna ordusuna Rusiyanın içərilərinə doğru hərəkəti irəlilətmək imkanları açıb”.
Quliyev hesab edir ki, yaxın həftələrdə Rusiya-Ukrayna cəbhəsində xeyli fərqli vəziyyətin yaranacağı qaçılmaz görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət