
Aİ-nin Ermənistandakı müşahidə missiyası region dövlətləri ilə bağlı məlumatlar toplayır
16:30 31.08.2024
Siyasət
479
Kosmosdan görünür
“Elə o səbəbdən Aİ missiyasının Ermənistandan çıxıb getməsi zərurəti ortalığa atılıb. Ən çox narahatlıq ifadə edən isə Rusiyadır”
“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası faktiki olaraq Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır”. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib. O bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna və bir sıra dövlətlərdə mövcud marionet hakimiyyətlər vasitəsilə Rusiyanın qonşuluğundakı münaqişə ocaqlarını alovlandırmaq üçün istənilən addımlara hazırdır: “Regiona müdaxiləyə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını göstərmək olar. Kanadadan olan “ekspertin” də onun tərkibinə daxil edilməsi ilə bu missiya NATO-nun naməlum məqsədlərə xidmət edən əməliyyatına çevrilib. Bu müşahidə missiyasının məxfiliyi və nə Ermənistana, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu deməyə əsas verir. Faktiki olaraq bu missiya Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının müşahidə missiyası Cənubi Qafqaza qısa müddətə gəlmişdi və söhbət sadəcə 2 aylıq dövrdən gedirdi. Ekspert xatırladıb ki, Aİ missiyasının iki aylıq fəaliyyət müddəti Bakı ilə razılaşdırılmışdı:

"İki aylıq müddət bitəndən sonra Aİ-nin missiyasını uzunmüddətli etdilər və Azərbaycanla razılaşdırmaq yaddan çıxdı. Artıq xeyli müddətdir missiya bölgədədir, sayları da get-gedə artmaqdadır. Heç kimə sirr deyil ki, missiyanın Ermənistandakı əsas funksiyası region dövlətləri ilə bağlı məlumatlar toplamaqdır. Nəzərə alaq ki, missiya tərkibində keçmiş hərbçilər və digər təhlükəsizlik xidmətlərinin əməkdaşları var. Guya Azərbaycanla Ermənistan arasında silahlı insidentlərin olmaması üçün bölgəyə gəliblər. Aydındır ki, onların bu fəaliyyətinə ehtiyac yoxdur, çünki tamamilə başqa missiyanı icra edirlər. Ona görə də regionu tərk etmək niyyətində deyillər. Halbuki bölgə ölkələri - Azərbaycan, Rusiya, İran da bu missiyanı təhdid kimi görür və narazılığını açıq ifadə edir. Ancaq Ermənistan müşahidə missiyasını təkidlə öz ərazisində saxlamaq istəyir".
Analitik vurğulayıb ki, "mülki" missiya açıq şəkildə casusluq etməsə də, reallıqda informasiya toplamaqla məşğuldurlar: "Təbii ki, özləri bunu etiraf etməz. Çünki gizli şəkildə bu işi görürlər. Kosmosdan prosesə nəzarət etmək imkanı olan dövlətlər Aİ missiyasının Ermənistanda hansı işlərlə məşğul olduqlarını dəqiq görürlər. Yəni missiya əsas funksiyasının casusluq olduğunu gizlətsə də, bunu hamı yaxşı bilir. Elə o səbəbdən Aİ missiyasının Ermənistandan çıxıb getməsi zərurəti ortalığa atılıb. Ən çox narahatlıq ifadə edən isə Rusiyadır. Ermənistan tamamilə Qərbdən asılı olduğuna və onların tapşırıqlarını yerinə yetirdiyinə görə missiyanı ölkədən çıxartmaq istəmir. İrəvan ümid edir ki, bu yolla Qərbin, Avropanın daha çox dəstəyini qazana, maliyyə yardımı ala bilər. Lakin bilinən gerçək odur ki, Aİ-nin missiyası bölgədə gərginlik yaradır və sülhə xidmət edən heç bir işlə məşğul olmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq