30 il həbs cəzası aldı
Yusif Nəzərli
02:34 12.05.2022
Hadisə
619
Qadın hamiləliyi qəsdən pozmaqda ittiham olunur
Hadisə El-Salvadorda yaşanıb. Bu barədə “NTV.com.tr” məlumat yayıb. Məlumatda bildirilir ki, El-Salvadorda yaşayan Esme adlı qadın hamiləliyi qəsdən pozmaqda ittiham olunaraq 30 il azadlıqdan məhrum edilib. El-Salvador qanunlarına görə, hamiləliyin dayandırılması, abort bütün hallarda qadağandır və heç bir səbəb əsas olaraq qəbul edilmir. Məhkəmənin qərarı fəal qadınların təpkisinə səbəb olub. Fəallar Esmenin müdafiəsinə qalxıb.
Etirazçılar bildirib ki, Esme 2 il əvvəl hamilə qalıb, lakin döl ana bətnində tələf olub, qadın bu səbəbdən dövlət xəstəxanalarından birində müalicə alıb. Lakin müalicə olunduğu müddətdə həbs edilib və istintaqa cəlb olunub. İnsan haqları üzrə beynəlxalq dərəcəli vəkil, “Qadın bərabərliyi Mərkəzi”nin icracı direktoru Paula Avila-Guillen bu durumun qadın xəstəliklərindən əziyyət çəkən xanımlara cinayət işinin açılmaması məsələsində indiyədək əldə edilmiş müsbət anlaşmaya zərbə vurduğunu deyib.
Vəkil hesab edir ki, bu cür hallar abortun cinayət hesab edilməsi presidentini dünyada genişləndirə bilər. El-Salvadorda 180 qadın abort etdirdiyinə görə həbs cəzası alıb. Bu ölkədə qadınlar qarşılaşdıqları hər hansı qadın xəstəliklərini isbat etmək məcburiyyətindədir.
Ancaq bu halda qadınlara abort etdirməyə icazə verilir. Xəstəliyini isbatlaya bilməyənlər və abort etdirənlərsə həbsə atılır. “Yurtdaşların Qrupu” adlı qadın təşkilatı isə hamiləliyin pozulmasının qadın xəstəliyi hesab edilməsi və bu durumda abortun vacib hal almasının qanuniləşdirilməsi yönündə fəaliyyət göstərir, aborta görə cəza alan qadınların azadlığının təmini üçün çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol