HƏMAS Livan və İsrail arasında atəşkəsi öhdəsinə götürdü
Yusif Nəzərli
15:39 08.05.2025
Dünya
384
HƏMAS hərəkatı Livan və İsrail arasında 24 noyabr 2024-cü il tarixində əldə olunan atəşkəs razılaşmasına tam sadiq qaldığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın Beyrutdakı rəsmi nümayəndəsi Əhməd Abdel Hadi məlumat verib.
Əl-Mayadin telekanalı HƏMAS rəsmisindən sitat gətirərək bildirib: “Təşkilat rəhbərliyi Livanın cənubunda atəşkəs rejiminə riayət etmək niyyətində olduğunu Livan hakimiyyətinə çatdırıb. Biz Livanda sabitliyi dəstəkləyirik və bu ölkənin qanunlarına tabeyik”.
O həmçinin vurğulayıb ki, HƏMAS yaraqlıları əvvəllər Hizbullah, Əməl hərəkatı və Əl-Cəmaə əl-İslamiyyə ilə birgə İsrailin təcavüzünə qarşı fəaliyyətlərdə iştirak ediblər.
Abdel Hadi martın 22 və 28-də Livanın cənubundan İsrail ərazisinə edilən hücumların Qəzza zolağında fələstinlilərin kütləvi qətliamına cavab olaraq bəzi gənclər tərəfindən fərdi şəkildə həyata keçirildiyini bildirib: “HƏMAS bu hücumlardan əvvəlcədən xəbərdar olmayıb və onlara sanksiya verməyib”.
Qaçqın düşərgələrindəki Fələstin qüvvələrinin tərksilahı məsələsinə toxunan HƏMAS sözçüsü qeyd edib ki, bu məsələ Fələstin daxilində keçiriləcək dialoq zamanı ortaq mövqe ilə həll ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol