Putindən SSRİ açıqlaması: Keçmiş sovet ölkələrinə çağırış etdi
13:15 10.10.2025
Dünya
422
“SSRİ dağılanda vətəndaşların böyük əksəriyyəti nə baş verdiyini anlamırdı”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.
“SSRİ dağıldıqda və MDB-nin yaradıldığı elan olunduqda, məncə, bizim ölkələrin vətəndaşlarının böyük əksəriyyəti baş verənləri tam anlamırdı: əvvəllər SSRİ var idi, indi isə MDB. Düşünürdülər ki, mahiyyət etibarilə çox da bir şey dəyişməyib. Əslində isə hər şey köklü surətdə dəyişmişdi. Təəssüf ki, o vaxt bizim ölkələrin vətəndaşlarına bu barədə lazımi məlumat verilmədi”, – dövlət başçısı vurğulayıb.
Rusiya prezidenti xatırladıb ki, bu, tarixi şərait nəticəsində yaranmış vəziyyətdir və onu qəbul etmək, həmçinin gələcəyə baxaraq düşünmək lazımdır ki, keçmiş SSRİ məkanında yaranmış vahid logistika, sənaye əməkdaşlığı və xalqların mədəni müxtəlifliyinə baxmayaraq formalaşmış ümumi mədəni kod kimi rəqabət üstünlüklərini itirməyək:
“MDB-nin məqsədi də məhz bütün bunları qorumaq idi. Amma müəyyən mərhələdə aydın oldu ki, MDB çərçivəsində əməkdaşlıq səviyyəsi mövcud mürəkkəb iqtisadi problemlərin həlli üçün kifayət deyil. Buna görə də Qazaxıstanın, xüsusilə də Nursultan Nazarbayevin təşəbbüsü ilə başqa bir birlik – Avrasiya İqtisadi İttifaqı yaradıldı. Burada öz aralarında daha dərin əməkdaşlıq qurmağı məqsədəuyğun və faydalı sayan ölkələr çərçivəsində iş aparılır”.
Həmçinin Vladimir Putin qeyd edib ki, keçmiş sovet respublikaları üçün bir-birindən çox da uzaqlaşmamaq və ölkələrin çoxlu ortaq cəhətlərə malik olması hissini saxlamaq vacibdir:
“Zaman keçdikcə inkişaf daha çox öz iqtisadi bazası, öz mədəni kodu və öz ənənələri üzərində gedir. Rusiya da eyni şəkildə inkişaf edir. Və burada çox vacibdir ki, biz bir-birimizdən çox uzaqlaşmayaq. Çox vacibdir ki, bir-birimizi birləşdirən çox şeyin olduğunu hiss edək. Əslində elə belədir”.
Rusiya lideri nümunə gətirib ki, artıq əmək qüvvəsi digər ölkələrdə də çoxdur, amma Rusiyaya keçmiş Sovet İttifaqının respublikalarından gəlirlər:
“Niyə? Çünki bizi birləşdirən nəsə var. Rus dilini öyrənməyə can atırlar, niyə? Eyni səbəbdən. Bu baxımdan, bizim bütün birləşdirici məqamları axtarmağımız vacibdir və bunlar hər birimiz üçün qiymətlidir”.
Vladimir Putin ümumi tarixin çox vacib olduğunu qeyd edib.
Rusiya prezidenti əlavə edib ki, keçmiş SSRİ ölkələrini birləşdirən amillər olub, amma daima gələcəkdə bizi birləşdirəcək amilləri axtarmaq lazımdır: “Bunun üçün xarici siyasətimizin bu istiqamətinə xüsusi diqqət yetirmək məqsədilə belə bir format yaradılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya