ABŞ-da silahlı hücum: 2 ölü, 9 yaralı

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatına bağlı Filadelfiya şəhərində yerləşən Fairmount Park ərazisində baş verən silahlı insidentdə ilkin məlumata görə 2 nəfər həyatını itirib.

Sherg.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə əsasən, Filadelfiya polisi yerli vaxtla saat 22:27-də Fairmount Park yaxınlığında silahlı hücumun baş verdiyini açıqlayıb.

Hadisə zamanı yaralanan 9 nəfərin səhhətinin stabil olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.