ABŞ-nin Oklahoma ştatının Broken Bou şəhərində yerləşən "Arby's" restoranında qalmaqallı hadisə baş verib. Restoranın meneceri Amanda Hendriks müştəriyə təqdim edilməzdən əvvəl sendviçə tüpürməkdə ittiham olunur.
Sherg.az xəbər verir ki, məlumata görə, hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Müştəri Cennika Çörç sendviçi yedikdən sonra ağız nahiyəsində yaralar və səpkilər əmələ gəlib. Aparılan analizlər nəticəsində onda oral herpes virusunun aşkarlandığı bildirilib.
Zərərçəkən qadın hadisənin ona ciddi psixoloji zərbə vurduğunu və ailə həyatına mənfi təsir göstərdiyini deyib.
ABŞ qanunvericiliyinə görə, qidanın qəsdən çirkləndirilməsi ağır cinayət hesab olunur. Hadisə ilə bağlı araşdırma aparılır. Digər əməkdaşların da məsuliyyətə cəlb olunub-olunmayacağı hələ məlum deyil.