ABŞ-yə məxsus döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ ordusuna məxsus F/A-18 Super Hornet tipli döyüş təyyarəsi təlim uçuşu zamanı Vaşinqton yaxınlığında qəzaya uğrayıb.

Sherg.az xəbər verir ki,  Kaliforniyadakı Miramar Dəniz Piyadaları Hava Bazasında yerləşən təyyarə meşəlik əraziyə düşüb.

Pilot katapult sistemindən istifadə edərək xilas olmağı bacarıb və xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində meşəlik ərazidə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

ABŞ Müdafiə Nazirliyi hadisənin səbəblərinin araşdırılması üçün təhqiqata başlayıb.