Ağdərədə 46 yaşlı kişi minaya düşüb - YENİLƏNİB
Yusif Nəzərli
05:54 10.07.2025
Hadisə
324
Ağdərədə minaya düşən 46 yaşlı kişi Bərdəyə göndərilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib qanaxma prosesi dayandırılıb. Daha sonra sol ayağın topuq nahiyəsindən ambutasiya olunması üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Hazırda yaralı Q.Quliyev əməliyyat masasına götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
***
09:31
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
Qeyd olunub ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
09:09
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayonu, Şıxarx kənd sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Ağdərə rayonunun Həsənqaya ərazisində heyvan otararkən minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya