Antarktidanın dəhşətli üzü: 65 il sonra buzlaqlar arasında tapıldı
00:15 14.08.2025
Hadisə
589
65 il əvvəl 25 yaşlı Dennis "Tink" Bell Britaniya elmi tədqiqat proqramının bir hissəsi olaraq Antarktika yarımadasında Admiralti körfəzi yaxınlığındakı düşərgəyə yola düşüb. Londonda yaşayan radio operatoru və meteoroloq Bell həmkarı Jeff Stokes ilə "Ekoloji Buzlağı" adlı buzlaq haqqında məlumat toplamağa başlayıblar.
Sherg.az “Hürriyet.com.tr”yə istinadən bildirir ki, “Ekologi Buzlaq”, Kral Corc adasında, Antarktika yarımadasının şimal ucuna yaxın, Admiral körfəzinə qədər uzanan əhəmiyyətli bir buzlaq sahəsidir. Bölgə ətrafdakı elmi tədqiqat stansiyaları sayəsində uzun illər iqlim və ekologiya alimləri tərəfindən yaxından öyrənilib. Bell üçünsə bu missiya sonuncu, geri dönüşü olmayan səyahət idi. Qalın qar örtüklü qayalara növbəti dırmanışı zamanı xizəyə qoşulmuş itlər yorğun olduğundan Bell xizəklərsiz, piyada yeriməyə qərar verib. Bir neçə addm atdıqdan sonra isə dərin, qarla örtülmüş bir yarğana düşüb. Təxminən 30 metrlik bu düşüş ölümcül olub. Dennis Bell yarğana düşəndən sonra Ceff Stokes onu xilas etmək üçün qeyri-adi səy göstərib. O, dostunun səsini eşidib kəndir atıb, ondan özünü bağlamasını xahiş edib. Bell ipi belinə dolayıb. Lakin o kəndirlə yuxarı çəkilən zaman belindəki kəməri qopub və o, yenidən dərinliyə yuvarlanıb. Digər komanda üzvlərinin köməyi ilə edilən əlavə xilasetmə cəhdləri isə sərt hava şəraiti və yarığın dərinliyi səbəbindən uğursuz olub. O vaxtdan bəri Bellin qalıqlarını tapmaq mümkün olmayıb. Ancaq Antarktidanın buzlaqlarının əriməsi və yerini dəyişməsi onun hekayəsini illər sonra yenidən işıqlandırıb. 2025-ci ilin yanvar ayında Polşadakı Henryi Arctouski Antarktika Stansiyasından bir araşdırma qrupu, əriyən buzlaqların ifşa etdiyi Admiralti körfəzi yaxınlığındakı qayalıq ərazini araşdırarkən insan qalıqları və bəzi qədim artefaktlarla rastlaşıb. Qalıqlar və artefaktlar BAS tədqiqat gəmisi "RRS Sir David Attenborough" tərəfindən Folklend adalarına, sonra isə Londona daşınıb. İnsan sümükləri London Kral Kollecinin DNT eksperti, professor Denis Sinderkomb Kourt tərəfindən araşdırılıb.
Dennis Bellin qardaşı David Bell və bacısı Valeri Kellidən götürülmüş nümunələrlə müqayisə edilən DNT uyğunluğu təsdiqlənib: Qalıqlar Dennis Bellə məxsus idi! BAS müstəntiqləri təkcə qalıqlarla deyil, həm də Bellə aid olduğu müəyyən edilən 200-dən çox şəxsi əşya ilə rastlaşıblar. Tapıntılar arasında radio avadanlığı parçaları, İsveç Mora bıçağı, üzərində yazılmış "Erguel" qol saatı, xizək dirəkləri, fənər və Bellə aid olduğu təsdiqlənən boru sapı da olub. Bu əşyalar təkcə bir dövrün deyil, həm də o dövrün ruhunu təcəssüm etdirən həyatın sübutu idi. Dennisin qardaşı David Bell Avstraliyadan verdiyi açıqlamada hisslərini dilə gətirib: "Şokdayıq, amma həm də rahatıq. O, bizim qəhrəmanımız idi. Onun evə gətirilməsi bu itki ilə mübarizədə böyük addım idi". Dennis Bellin hekayəsi təbiətin gücünü və təhlükəsini bir daha vurğulayır. Bu gün buzlaqlar iqlim dəyişikliyi səbəbindən sürətlə əriyir. Bu, təkcə ekoloji nəticələrə malik deyil, həm də illər əvvəl qarla örtülmüş keçmişi ortaya qoyur. Eynilə Dennis Bellin hekayəsindəki kimi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat