Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif məzununun axtarışları davam etdirilir.
Teleqraf-ın xəbərinə görə, 11-ci sinif məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisənin təfərrüatları araşdırılır.
****
2026.06.07
23:58
İmişlidə 11-ci sinif məzunu Araz çayında boğulub.
Teleqraf-ın xəbərinə görə, hadisə axşam saatlarında Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 11-ci sinif məzunu T. Mirişov naməlum səbəbdən çaya düşərək boğulub. Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda gəncin meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.