Azərbaycanda evli kişi 19 yaşlı qızla maşında yandırılıb - TƏFƏRRÜAT + VİDEO
Yusif Nəzərli
08:52 30.05.2022
Hadisə
707
Azərbaycanda baş vermiş tükürpədici qətlin illər sonra detalları açıqlanıb.
Cinayət hadisəsi 2017-ci il iyul ayının 7-nə keçən gecə Qubanın Küpçalqışlaq kəndi ərazisində baş verib.
İllər sonra məlum olub ki, ehtimal edilən qəza qəsdən törədilib və hadisədə iki nəfər, yəni Rəhman İşıqov və tanışı Ülviyyə Məmmədova qətlə yetirilərək, yandırılıblar.
Belə ki, Rəhman İşıqov 2017-ci ildə Xaçmaz şəhərində yerləşən kafeni icarəyə götürüb. Onun dostu Osman Ömərov ona işçi kimi Ü.Məmmədovanı gətirib.
O.Ömərov Ü.Məmmədova ilə münasibətdə olub. İşə düzələndən sonra O.Ömərov Ü.Məmmədovanı dostu R.İşıqova qısqanmağa başlayıb.
O.Ömərov münasibətləri araşdırmaq üçün Ü.Məmmədovanı və R.İşıqovu Qubanın Küpçalqışlaq kəndinə dəvət edib. Elə oradaca O.Ömərov əvvəl Ü.Məmmədovanı, daha sonra isə R.İşıqovu bıçaqlayaraq qətlə yetirib. O.Ömərov qətldən sonra meyitləri R.İşıqovun VAZ-2106 nömrəli maşınına qoyaraq Qudyalçayın üzərində yerləşən körpüyə gətirib. Qəza effekti yaradaraq maşını körpüdən aşağı yuvarlayıb, daha sonra əzilmiş avtomobilə od vuraraq meyitlərlə birgə yandırıb.
Ü.Məmmədovanın anası iddia edir ki, R.İşıqov evli ola-ola onun qızına elçi gəlib. Amma o bunu qəbul etməyib.
Qeyd edək ki, toplanmış sübutlar əsasında Osman Ömərov bu il mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs olunub.
Araşdırmalar davam etdirilir.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region