Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə iyunun 18-də rayonun Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılıb və xəstəxanaya yerləşdirilib.

O, ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.