Bakıda 15 yaşlı qızı tərəfindən bıçaqlanan ata ölüb.
Lent.az xəbər verir ki, yeniyetmə qızı tərəfindən bıçaqlanan 49 yaşlı Rüfət Arif oğlu Haşımov ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən həmin xəstəxanada dünyasını dəyişib.
***
Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.