Bakıda əkiz körpələr dəm qazından boğularaq ölüb - YENİLƏNİB

Bakıda dəm qazından ölən körpələrin əkiz bacı-qardaş olduğu məlum olub.

APA xəbər verir ki, hazırda faktla bağlı araşdırma aparılır.

***

13:55

Bakıda 2 körpə dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü F.S. və bacısı 2024-cü il təvəllüdlü K.S. Ş.Səmədov küçəsində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.