Bakıda “Mercedes” markalı minik avtomobili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Bu barədə Sherg.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.