Bakıda mikroavtobus qəzaya düşdü: 10-dan çox yaralı...

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub.

Nəticədə 10-dan artıq xəsarət alan var. Yaralılıar xəstəxanaya çatdırılıb.

Fatkla bağlı araşdırma aparılır.

***

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hunday" markalı 99 XM 330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mersedes" maraklı 10 XE 462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Hadisə zamanı xəsarət alan şəxslər var.

Faktla bağlı araşdırma aparılır.