Bakıda şagird müəllimi güllələyib

Bakıda yerləşən İdrak liseyində silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Araşdırma başlanılıb.

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal saytı yayıb.