Başına gələnlərə inanmadı
Yusif Nəzərli
20:08 20.05.2022
Hadisə
506
Körpəsini iki dəfə dünyaya gətirəcək
Amerikalı model və bloger Jaiden Ashlea körpəsini iki dəfə dünyaya gətirməli olacaq. Bu qeyri-adi hal barədə “Milliyet.com” xəbər verib. Məlumatda bildirilir ki, 23 yaşlı model hamiləliyi ilə bağlı sosial mediada paylaşım edib, sonra başına gələnlərsə, “yox artıq!”, dedirdən silsilədən. Hələ doğulmamış körpəsiylə bağlı ciddi bir problem olduğunu yazan model başına gələnləri belə anladıb: “Bunu bildikdə öz-özümə, “ola bilməz, bu, həqiqət deyil”, söylədim. Bu, bir kabus idi.
Həkimlərin bir qismi körpənin ana bətnində beyin ölümü keçirdiyini, heç bir ümid qalmadığını söylədi. Biz isə ümidimizi heç itirmədik, çıxış yolu axtarmaqda davam etdik”. Modelin bətnindəki körpəyə həkimlər “spina bifıda” diaqnozu qoyub. Bu, onurğa sütununu əmələ gətirən fəqərələrin onurğa iliyinin üzərini tamam örtməməsi, onurğa sinirlərinin açıq qalması xəstəliyidir.
Bunu eşidən cütlük şok olsa da, körpəni ana bətnindəykən əməliyyat edə biləcək cərrah axtarmağa başlayıb. Jaiden əməliyyat masasına yatmağı gözə alıb. Cərrah dünyaya gəlmək vaxtı olmasa da, körpəni qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarıb, onurğadakı problemi həll edib və təkrar körpəni ana bətninə qaytarıb: balaca, geri qayıt, gəliş vaxtın deyil hələ!..
Əməliyyat 6 saat davam edib. Anaya hamiləliyin 37-ci həftəsinə qədər özünə qarşı çox diqqətli olmaq tapşırılıb. Həkimlər həmçinin, körpənin əməliyyat olunmasına baxmayaraq dünyaya gəldikdən sonra yenidən problem yaşaya biləcəyi barədə də ailəni məlumatlandırıblar.
Bəlkə də körpə 18 yaşınadək fiziki müalicə almalı olacaq. Lakin körpənin vəziyyətində hələ ki, hər hansı problem yaşanmayıb. 11 həftə sonra Jaiden körpəsini təkrar dünyaya gətirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm