"Blue Origin" Marsa raket buraxılışını təxirə saldı

"Blue Origin" şirkəti "New Glenn" raketinin Marsa aparmalı olduğu kosmik aparatlarla birlikdə buraxılışı dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

“Terminal geri sayımı dayandırıldı. Komanda vəziyyəti araşdırır”, - şirkətdən bildirilib.

Hazırda startın niyə təxirə salındığı barədə əlavə məlumat açıqlanmayıb.