Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
Yusif Nəzərli
06:45 24.10.2025
Hadisə
416
5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq.
Ayın Yerdən məsafəsi noyabrın 5-də 356832 km, dekabrın 4-də isə 356961 km təşkil edəcək. Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356508 km, 2016-cı noyabrın 14-də 356509 km, 2018-ci il yanvarın 1-də 356565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.
Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya