Cəlilabadda qardaşı uşaqlarını baltalayan rayon sakini həbsdə ölüb.
APA-nın məlumatına görə, o, saxlanıldığı təcridxanada vəfat edib.
Ölüm faktının harada baş verdiyi və səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, hadisə fevralın 1-də Cəlilabad rayonunda baş verib. Rayon sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə. Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə. Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.