Hakkarinin yüksək bölgələrində qəfil başlayan qar yağışı səbəbindən dağda qalan heyvan sürüsü kəndlilərin böyük səyi ilə xilas edilib.
Sherg.az xəbər verir ki, Bay kəndinin Ülebera yaylasında başlayan güclü qar, xırdabuynuzlu və iribuynuzlu heyvanların geri dönüş yolunu bağlayıb.
Çobanlardan xəbər alındıqdan sonra kəndlilər qarla örtülü cığırlar boyunca çətinliklə irəliləyərək yaylaya tərəf yola düşüblər. Qar və duman səbəbindən ağır şəraitlə üzləşən kəndlilər təxminən 2 saatlıq piyada yolçuluqdan sonra heyvanlara çatmağı bacarıblar.