Dağıntılar altından sağ çıxan 17 yaşlı Miraç: Sanki qiyamət qopurdu
16:44 05.11.2025
Hadisə
48
Mərkəzi Kahramanmaraşda olan fəlakətdən sonra zəlzələ qurbanlarının Mersinə köçü davam edir. Dövlət qurumları, bələdiyyələr və QHT-lər zəlzələ qurbanlarının sığınacaq ehtiyacları üçün bütün imkanlarını səfərbər edir. Akdeniz Bələdiyyəsi mədəniyyət və sənət evlərini zəlzələdən zərərçəkənlərin üzünə açıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Hatayın Samandağ rayonunda zəlzələyə yaxalanan Özgün ailəsi Mersinə gələrək Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evinə yerləşdirilib. Dağıntılar zamanı ayağından yaralanan17 yaşlı Miraç Özgün Mersin xəstəxanasından evə buraxıldıqdan sonra mədəniyyət və sənət evinə gəlib.
Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evində sağalmağa çalışan Miraç Özgün yaşadığı qorxulu anlardan danışıb: "Hatayda evdə zəlzələyə yaxalandıq. Özümüzü çölə atanda zəlzələ hələ də davam edirdi. Sanki qiyamət qopurdu, çox pis idi. Kabus kimi idi. Üstümüzə dağıntılardan daşlar düşdü, altından çıxardılar. 2 gün Hatayda qaldıqdan sonra qohumlarımız gəlib bizi götürdülər və Mersinə gəldik. Burada müalicəmdən sonra məni Akdeniz Bələdiyyəsi Mədəniyyət və İncəsənət Evinə gətirdilər. Ümumi səhhətim yaxşıdır. Hər kəs bizə çox kömək etdilər, qucaqladılar. Hər kəsə çox təşəkkür edirəm. Rəbbim heç kimə belə ağrı yaşatmasın" .
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib
15:52 18.03.2026
Gündəm