DƏHŞƏT! - Uşaq zorakılığı: Ana 13 yaşlı qızını bir ay evdə zəncirləyib
Yusif Nəzərli
11:09 06.05.2022
Hadisə
793
Türkiyədə ana 13 yaşlı qızını bir ay evdə zəncirləyib.
“Sherg.az” xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Suriya əsilli, 39 yaşlı ana Semire M. 13 yaşlı V.C.-nin evdən qaçaraq şəhərin işıqforlarında dilənməyə başladığını iddia edib.
Ailəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilən V.C. mart ayında evdən qaçaraq dostunun evində qalıb. Daha sonra qardaşı qaldığı ünvana gedərək bacısı V.C.-ni evə gətirib. Ana Semire M. də qızı V.C.-ni ayaqlarından zəncirlə yataq otağının pəncərə barmaqlıqlarına bağlayıb. Bir aydır bağlı qalan V.C. aprelin 29-da qışqıraraq kömək istəyib. Qızın səsini eşidən qonşunun xəbərinə əsasən polis qrupları ünvana gəliblər.
Qapını açan polislər girdikləri evdə V.C.-nin ayağındakı zənciri çıxararaq xilas ediblər. V.C. ,həmin vaxt evdə olan böyük qardaşı və ana Semire M. Uşaq Şöbəsinə aparılıb. 13 yaşlı qız ailəsindən şikayətçi olmadığını bildirib:
“Bir ay ayağım zəncirlənmiş yataq otağında qaldım. Anam ehtiyaclarımı qarşılayıb, amma heç vaxt zənciri çıxarmayıb. Hadisə günü evə gələn polis qrupları məni xilas etdi. Mən heç kimdən şikayətçi deyiləm”.
Şübhəli Semire M. gətirildiyi məhkəmə tərəfindən ev dustaqlığına, qızın qardaşı isə prokurorluğun qərarı ilə sərbəst buraxılıb. Ailəsindən şikayət etməyən V.C. O, könüllü olaraq anasının evinə qayıdıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə