Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib

Ermənistanda zəlzələ olub.

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.

3 km dərinlikdə baş vermiş 3.2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.