Isparta-Antalya yolunda sürüşmə nəticəsində böyük daş parçaları yola düşüb və yol tamamilə bağlanıb.
Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb.
Sherg.az xəbər verir ki, sürücülər və yolda olan vətəndaşlar öz imkanları ilə daşları aradan qaldırmağa çalışıb.
Yol, sürücülərin yardımlaşması sayəsində tək şəritli və nəzarətli şəkildə qismən açılıb. Daha sonra təcili xidmətlərin müdaxiləsi ilə yol yenidən normala dönüb.