Sosial media fenomeni Mükremin Gezgin “narkotik” və “fahişəlik” iddiaları ilə əlaqədar keçirilən əməliyyat çərçivəsində Ankarada saxlanılıb.
Sherg.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı istintaq çərçivəsində məşhur sosial media istifadəçisinin adliyəyə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Mükremin Gezgin keçən il başqa bir məhkəmə prosesində “əxlaqa zidd davranış” ittihamı ilə ev həbsinə məhkum edilmişdi.