Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub

Füzuli rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğulub.

APA-nın məlumatına görə, hadisə ötən gün Qayıdış-9 qəsəbəsində baş verib.

Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov qəsəbənin ərazisindəki su kanalında çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.