Gəncədə 16 yaşlı məktəblini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Gəncədə 16 yaşlı məktəbli bıçaqlayan şəxs saxlanılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə saxlanılıb.

***

09.11.2025 / 20:10

Gəncədə 16 yaşlı məktəbli bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində baş verən hadisə zamanı 2009-cu il təvəllüdlü E. Əliyev ayaq nahiyəsindən bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.