Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti ilə Adil Ziyadxanov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, qəza nəticəsində "Chevrolet" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Maarif Məmmədov və "Opel" markalı avtomobilin sürücüsü Yeganə Əsədova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.