Gürcüstanda təbii fəlakət soydaşlarımıza ciddi ziyan vurub
Yusif Nəzərli
11:56 28.09.2025
Hadisə
531
Gürcüstanın Laqodexi rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargah yaradılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Areşi və Qabal çaylarının daşması səbəbindən rayonun ən çox azərbaycanlıların yaşadıqları Qabal, Gəncəli, Uzuntala və Qaracalar kəndləri zərər çəkib.
İki gündür davam edən intensiv leysan səbəbindən kəndlərdəki yaşayış evlərinin birinci mərtəbələrini, həyətləri və həyatyanı torpaq sahələrini su basıb. Laqodexi-Qabal-Qurcaani yolunda avtomobillərin hərəkəti dayandırılıb.
Soydaşlarımızın içməli suya, ərzaq məhsullarına və gigiyenik vasitələrə ehtiyaclarının qarşılanması üçün dəstək aksiyası elan olunub.
Təbii fəlakət zonasına yerli icra hakimiyyətinin bütün müvafiq xidmətləri səfərbər olunub, fəsadların aradan qaldırılması üzrə işlər davam etdirilir.
Laqodexi rayon rəhbərliyindən bildirilib ki, xüsusi komissiya dəymiş ziyanın qiymətləndirilməsini aparacaq, bundan sonra əhaliyə köməklik göstərilməsi üçün müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət