Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır

Hacıqabulda açıq ərazidə yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, açıq ərazidə yığılan iritonnajlı avtomobillərin təkər tullantıları yanır.

FHN-in Hacıqabul və Şirvan bölmələri tərəfindən yanğının söndürülməsi, yaxınlıqda olan fermer təsərrüfatları və neft buruqlarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.